Müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin hazırlanması

150,00 ₼

Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əgər müqavilə tərəfləri arasında qeyd olunanlarla mübahisə yaranarsa müvafiq tələb ilə məhkəməyə müraciət oluna bilər. Bu hüququnuzun olub-olmadığını bilmək üçün Mülki Məcəllənin aşağıdakı maddələrinə baxın.

Məhkəməyə müraciət etmək üçün zəruri məlumatları bizə göndərməyiniz kifayətdir. Sizə iddia ərizəsi və məhkəməyə müraciət qaydası göndəriləcək. Zəruri olduqda sizinlə  əlaqə saxlayacağıq. 

Aşağıdakı xanaları doldurub "yadda saxla" düyməsini sıxın, səhifə yeniləndikdən sonra aşağıdan "Sifarişə ver" düyməsini klikləyin. 

Məlumatlarınız

     Yazdıqlarınızı yaddaşa verməyi unutmayın!            
  • max 250 simvol
  • max 250 simvol
  • max 250 simvol
  • Fayl seçilməyib .png .jpg .gif
  • max 250 simvol
  • max 250 simvol
  • max 250 simvol
  • max 250 simvol
         
 
     
     
       

 

Məlumatların qorunmasına zəmanət

 

Sürətli və fasiləsiz xidmət

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

chat Rəylər (0)
Hələlik müştərilər tərəfindən rəy verilməyib.