Müqavilənin ləğvi tələbinə dair iddia ərizəsinin hazırlanması

100,00 ₼

Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Əgər tərəflər arasında müqavilənin ləğvi ilə mübahisə yaranarsa müvafiq tələb ilə məhkəməyə müraciət oluna bilər. Bu hüququnuzun olub-olmadığını bilmək üçün Mülki Məcəllənin aşağıdakı maddələrinə baxın.

Məhkəməyə müraciət etmək üçün zəruri məlumatları bizə göndərməyiniz kifayətdir. Sizə iddia ərizəsi və məhkəməyə müraciət qaydası göndəriləcək. Zəruri olduqda sizinlə  əlaqə saxlayacağıq. 

Aşağıdakı xanaları doldurub "yadda saxla" düyməsini sıxın, səhifə yeniləndikdən sonra aşağıdan "Sifarişə ver" düyməsini klikləyin. 

Məlumatlarınız

     Yazdıqlarınızı yaddaşa verməyi unutmayın!            
  • max 250 simvol
  • max 250 simvol
  • max 250 simvol
  • Fayl seçilməyib .png .jpg .gif
  • max 250 simvol
  • max 250 simvol
  • max 250 simvol
  • max 250 simvol
         
 
     
     
       

 

Məlumatların qorunmasına zəmanət

 

Sürətli və fasiləsiz xidmət

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

chat Rəylər (0)
Hələlik müştərilər tərəfindən rəy verilməyib.