Borc pul tələbinə dair iddia ərizəsinin hazırlanması

100,00 ₼

Kredit (borc) müqaviləsi üzrə kreditorun borcludan müqavilə üzrə pul tələb etmək hüququ vardır. Əgər borclu kreditora pulu ödəməkdən yayınarsa pul tələbi ilə məhkəməyə müraciət oluna bilər. Bu hüququnuzun olub-olmadığını bilmək üçün aşağıdan Mülki Məcəllənin 739-740-cı maddələrinə baxın.

Bunun üçün zəruri məlumatları bizə göndərməyiniz kifayətdir. Sizə iddia ərizəsi və məhkəməyə müraciət qaydası göndəriləcək. Zəruri olduqda sizinlə  əlaqə saxlayacağıq. 

Aşağıdakı xanaları doldurub "yadda saxla" düyməsini sıxın, səhifə yeniləndikdən sonra aşağıdan "Sifarişə ver" düyməsini klikləyin. 

Məlumatlarınız

     Yazdıqlarınızı yaddaşa verməyi unutmayın!            
  • max 250 simvol
  • max 250 simvol
  • max 250 simvol
  • Fayl seçilməyib .png .jpg .gif
  • max 250 simvol
  • max 250 simvol
  • max 250 simvol
         
 
     
     
       

 

Məlumatların qorunmasına zəmanət

 

Sürətli və fasiləsiz xidmət

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

chat Rəylər (0)
Hələlik müştərilər tərəfindən rəy verilməyib.