1. Müqavilənin predmeti

1.1. Onlayn Hüquq Xidmətinin göstərilməsi üzrə Qaydalara (bundan sonra “Qaydalar” adlanacaq) müvafiq olaraq Şirkət distant hüquqi və onunla əlaqədar digər xidmətlərin (bundan sonra “Xidmət” adlanacaq) müştəriyə təqdim olunmasını öhdəsinə götürür, müştəri isə onları qəbul etməyi və ödəməyi öz öhdəsinə götürür.  

1.2. Şirkətin xidmətləri müştərilər tərəfindən verilmiş sifarişlər əsasında göstərilir.

1.3. Bu qaydalar oferta hesab olunur və müştəri tərəfindən yalnız onlara tam qoşulma yolu ilə qəbul oluna bilər. 

1.4. Müştəri qaydaları qəbul edərək bununla da,qaydalara dair istənilən əlavələrin müddəalarını, eləcə də, onların əsasında işlənib hazırlanan sənədləri, o cümlədən www.huquqi.az internet səhifəsində dərc olunmuş şirkətin qaydalarının müddəalarını bütünlüklə və qeyd-şərtsiz olaraq qəbul edir.

2. Qaydalarda istifadə olunan terminlər

Bölmələrin bütün başlıqları müstəsna olaraq sonuncuların rahat istifadə olunması üçün Qaydalarda istifadə olunur və Qaydaların şərtlərinə heç bir təsir göstərmir. 

Tarif planı — Müştərilərə göstərilən Hüquqi Məsləhət Xidməti üzrə əsas meyarlar toplusu (növləri, sayı, qiyməti və s.) Tarif planı bu Müqavilənin tərkib hissəsidir. 

Sifariş — Müştəri ilə Şirkət arasında hüquqi xidmətin göstərilməsinə dair müqavilənin bağlanmasını təsdiq edən və sifarişin nömrəsini, müqavilənin bağlanma tarixini əks etdirən məlumatdır. Müştərinin göstərdiyi elektron poçt ünvanına və ya telefon nömrəsinə göndərilməklə, verilir. Sifarişın forması şirkət tərəfindən müəyyən edilir və dəyişdirilə bilər.

Sifarişin aktiv edilməsi —Müştərinin şirkətin müştəri reyestrinə salınmasından, müştərinin fərdi məlumatlarının qeydə alınmasına və müştərinin hüquq xidmətindən yararlanmaq üçün sistem tərəfindən tanınmasından ibarətdir. 

İdentifikator — Saytın sistemində müştərinin sifarişinin nömrəsi hesab olunur.

Müştəri — Şirkətin xidmətlərindən yararlanmaq hüququnu əldə etmiş hər hansı bir fiziki şəxsdir. Bu şəxsin hüquqları müvafiq sifarişlə (o cümlədən elektron üsulla əldə edilmiş) təsdiq edilir. Müştəri sifariş verdikdə Qaydaları qəbul etmiş olur. Şirkətin hüquqi xidmətinin göstərilməsi üçün ilk dəfə şirkətə müraciət etdiyi zaman öz fərdi şəxsi məlumatlarını (adı, soyadı atasının adı, ünvanı, əlaqə məlumatları və s.) təqdim etmiş şəxsdir.

Xidmətlərdən istifadə etmək üçün müraciət — Müştərinin (istifadəçinin, əgər istifadəçi Tarif planı ilə nəzərdə tutulmuşdursa) şifahi və ya elektron üsulla bu Qaydalarla və Tarif Planı ilə nəzərdə tutulmuş Hüquqi Xidmətdən yararlanmaq üçün Şirkətə Hüquqi Xidmətin göstərilməsi ilə bağlı bütün zəruri məlumatları özündə əks etdirən və bu Qaydalara uyğun şəkildə tərtib olunmuş  sifarişidir.

Hüquqşünas — tələb olunan peşə ixtisasına və təcrübəyə malik olan və hazırkı Qaydalara, həmçinin  şirkətin daxili qaydalarına əsasən birbaşa xidmət göstərən şirkətin əməkdaşları və ya partnyor hüquqşünasları.

Şirkət — hazırkı Qaydalara əsasən hüquq xidmətinin göstərilməsi üzrə müqaviləni bağlamış, müştərilərə onlayn hüquqi və onunla əlaqədar digər xidmətləri göstərən fiziki şəxsdir.

Xidmətlər:

Hüquqi məsləhət xidməti — Hüquqşünas tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində həll edilməsi üçün, müştərinin sifarişi üzrə hüquq normalarının izahından ibarət olan xidmətlə müştərinin təmin olunmasıdır. Xidmətin göstərilməsinin nəticəsi olaraq, müştəri tərəfindən göndərilən tələb üzrə münasibətləri tənzimləyən hüquq normalarının mahiyyəti ilə bağlı, eləcə də, təşəkkül tapmış vəziyyətin həlli üsulları və zərurət yarandıqda riskləri üzrə şirkətin hüquqşünasının (və ya partnyor hüquqşünasın) şifahi və ya yazılı rəyi, habelə  məhkəmədə işin nəticəsinin şifahi və ya yazılı formada hüquqi qiymətləndirilməsidir.

Sənədlərin hazırlanması və onların təqdim edilməsi üzrə təlimatların verilməsi xidməti — Müştərinin sifarişi əsasında onun tələbinə cavab verən sənədin (iddia ərizələri, müqavilələr, biznesin hüquqi təşkilinə və müşayiətinə dair sənədlər və.s) hazırlanaraq göndərilməsi eləcə də, sənədin üçüncü şəxslərə və orqanlara təqdim olunması üzrə Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində sənədin leqallaşdırılması qaydası ilə bağlı atılacaq addımların izah olunmasıdır. 

Sənədin hüquqi ekpertizası və izahı xidməti —Müştərinin təqdim etdiyi məlumat və sənədlərin, müqavilələrin hüquqi ekspertizası, habelə şifahi formada sənədin hüquqi izahı (müqavilə, ərizə, nizamnamə və s.) Müştərinin sifarişi əsasında xidmət həyata keçirilir.

3. Müqavilənin bağlanması və qüvvəyə minməsi qaydası

3.1. Şirkətlə Müştəri arasında bağlanmış Müqavilə hazırkı Qaydaların Müştəri tərəfindən qəbul olunması anından etibarən, hər iki Tərəf üçün bağlanmış hesab olunur və məcburi olur. Hazırkı Qaydaların Müştəri tərəfindən bütünlüklə və qeyd-şərtsiz qəbul olunması Şirkətlə müqavilənin bağlanması yolu ilə Xidmətlərin alınmasına dair hüququn Müştəri tərəfindən əldə olunması hesab olunur.

3.2. Tərəflərin hüquq və vəzifələri,  Müştərinin ilk müraciətindən sonra obyektiv surətdə əmələ gələ  bilən hüquq və vəzifələri istisna edilməklə, Müqavilənin bağlanması anından etibarən əmələ gəlir.

3.3. Sifariş alındıqdan sonra Müştəri bağlanmış Müqavilə üzrə yaranan hüquq və öhdəliklərini üçüncü şəxsə ötürə bilər. Bu halda Müştəri hüquq və öhdəlikləri əldə edən şəxsi Xidmətin xüsusiyyətləri və bu Qaydalar haqda ətraflı şəkildə məlumatlandırmalıdır.

3.4. Bu Qaydaların 3.3-cü bəndinə əsasən Müqavilə üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsi Sifarişin və onun əlavəsi qismində çıxış edən digər sənədlərin, həmçinin Sifarişin nömrəsinin elektron qaydada həmin şəxsə göndərməklə həyata keçirilir. Bu haqda Müştəri Şirkəti elektron ünvan vasitəsi ilə mütləq qaydada məlumatlandırmalıdır. Bütün bu kimi hallarda Xidmətlər haqqında təqdim edilmiş məlumatların doğruluğuna görə Müştəri məsuliyyət daşıyır.

3.5. Əgər Şirkət tərəfindən Müştəriyə xidmət göstərilmişdirsə ödənilmiş vəsait geri qaytarılmır.

3.7. Əgər xidmət göstərilməmişdirsə və Müştəri Hüquq Xidmətləri üçün sifarişdən imtina  etmişdirsə, Şirkət ödənişi Müştəriyə geri qaytarmağa borcludur.

4. Xidmətlərin göstərilməsi şərtləri və siyahısı

4.1. Müştəriyə göstərilən konkret xidmətlərin siyahısı və həcmi Şirkətin rəsmi saytındakı məlumatlar vasitəsilə göstərilir.

4.2. Xidmətlər Azərbaycan Respublikasının qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikasının hüquq sisteminin tərkib hissəsi olan beynəlxalq hüquq normalarının və prinsiplərinin, həmçinin formalaşmış hüquqi adətlərin əsasında təqdim olunur. 

4.3 Xidmətlər müstəsna olaraq Müştərinin xeyrinə, Müştərinin şəxsi müraciəti əsasında təqdim olunur və Müştərinin bilavasitə tərəfi olduğu hüquqi vəziyyət zamanı meydana çıxan məsələlərdə Müştərinin şəxsi marağını ifadə edir.

4.4. Xidmətlər Şirkət tərəfindən müəyyən olunan tələblərə uyğun olan Müştərilərin yazılı və ya şifahi tələbinə əsasən təqdim olunur. 

4.5. Müştərinin identifikasiyası, müştərinin qeydiyyat və sifarişinə müvafiq olaraq xidmətlərin Müştəriyə göstərilməsinin zəruri şərtidir. Müştərinin identifikasiyası proseduru Müştərinin Şirkətə müraciət etməsi formasından asılıdır. E-poçt (və ya mobil nömrə) vasitəsi ilə müraciət zamanı Müştəri şəxsi məlumatlarını qeyd etməyi öz öhdəsinə götürür. Bu zaman əgər Şirkətin əməkdaşında xidmətin alınması üçün müraciət edən şəxsin həqiqətən də Müştəri olması ilə bağlı əsaslı şübhələri olarsa, o zaman Hüquqşünas yaranmış şübhələrin aradan qaldırılması üçün Müştəriyə əlavə suallar verə bilər.

4.6. Xidmətlər Azərbaycan Respublikasının dövlət dilində Şirkət tərəfindən göstərilir. Xidmətlər Tərəflər arasında razılaşdırılan digər dillərdə də Müştərilərə göstərilə bilər.

5. Xidmətlərin göstərilməsi müddəti və qaydası

5.1. Xidmətlərin göstərilməsi müddətləri Müştərinin sifarişinin Şirkət tərəfindən qeydə alınması anından etibarən hesablanmağa başlayır.

5.2. Tələbin dəqiqləşdirilməsi zamanı (əlavə materialların, sənədlərin təqdim olunması) xidmətlərin göstərilməsi müddətlərinin gedişatı dəqiqləşdirilmiş sifarişin daxil olması anından etibarən başlanır (əlavə materialların, sənədlərin daxil olması).

5.3. Xidmətlərin alınması üçün müştəri  www.huquqi.az rəsmi saytında yerləşən şəxsi kabineti vasitəsilə müraciət etməlidir. Müştərilərin müraciətlərinin qəbul olunması və qeydə alınması gecə-gündüz (24 saat ərzində) həyata keçirilir. 

6. Şifahi Tələblər üzrə xidmətlərin göstərilməsi üzrə müddətlər

6.1. “Şifahi hüquqi məsləhət” xidməti, Müştərinin sifariş etdiyi zaman seçimində göstərdiyi müddətlərdə (dərhal və ya 24 saat ərzində) təqdim olunur. 

6.2. Ayrı hallarda (qanunvericiliyin, hüquq təcrübənin, materialların əlavə olaraq öyrənilməsi zərurəti, Müştəri tərəfindən təqdim olunan materialların çoxluğu) Müştərinin müraciətinin qeydə alınması anından, 3 (üç) təqvim günündən gec olmamaqla, hazırkı Qaydaların 6.1-ci bəndində nəzərdə tutulan xidmətlərin təqdim olunması təxirə salına bilər. “Şifahi hüquqi məsləhət” xidməti istisna təşkil edir və ən geci Müştərinin müraciəti anından 24 saat ərzində təmin edilməlidir.

7. Yazılı tələblər üzrə xidmətin göstərilməsi müddəti

7.2. “Yazılı məsləhət” xidməti 24 saat ərzində təqdim olunur. 

7.3. Bəzi hallarda xüsusilə mürəkkəb situasiyalarda hazırkı bənd ilə nəzərdə tutulan Xidmətlərin təqdim olunması müddəti 5 (beş) təqvim günündən çox olmamaq şərti artırıla bilər.

8. Müştərinin hüquqları

8.1. Müştəri tərəfindən verilmiş sifarişə uyğun olaraq təyin olunan xidmətlərin göstərilməsi müddəti ərzində xidmətlərdən istifadə etmək;

8.2. Müştərilər üçün Şirkət tərəfindən təqdim olunan bütün güzəştlər və xüsusi təkliflərdən yararlanmaq;

8.3. Xidmətlərin təqdim olunmaması və ya lazım olan keyfiyyətdə təqdim olunması, eləcə də Şirkətin əməkdaşı tərəfindən qeyri-dəqiq, xidmətlərə aid olmayan müraciətin olunması hallarında bu haqda Şirkəti məlumatlandırmaq;

8.4. Şirkət haqqında, təqdim olunan xidmətlərin həcmi haqqında zəruri və dəqiq məlumatı, eləcə də xidmətlərin təqdim olunması ilə əlaqədar digər məlumatları əldə etmək.

9. Müştərinin öhdəlikləri

9.1. Müştərinin identifikasiyası və ona xidmətlərinin təqdim olunması məqsədilə tam və dəqiq informasiyanı Şirkətə təqdim etmək;

9.2. Şirkətə ilk dəfə müraciət edən zaman, hazırkı Qaydaların 12.2-ci bəndinin məqsədləri üçün zəruri olan şəxsi məlumatları təqdim etmək;

9.3. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozmamaq, eləcə də xidmətlərin göstərilməsi üçün Şirkətə müraciət edən zaman hər kəs tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına riayət etmək;

9.4. Əgər digər hal bu Qaydalar və ya seçilmiş Tarif planı ilə müəyyən olunmamışdırsa, xidmətlərdən şəxsən istifadə etmək;

9.5. Əgər digər hal birbaşa xidmət şərtlərində müəyyən olunmamışdırsa, hazırkı Qaydalara müvafiq olaraq Müştəri olmayan şəxslər tərəfindən xidmətlərin istifadə olunmasına yol verməmək;

9.6. Azərbaycan Respublikasının qanunvericiliyi və hazırkı Qaydalarla nəzərdə tutulan digər öhdəlikləri icra etmək. 

10. Şirkətin hüquqları

10.1. Xidmətlərin Müştərilərə göstərilməsi üçün üçüncü şəxsləri cəlb etmək;

10.2. Müştəri tərəfindən təqdim olunan məlumatların, eləcə də Müştəri tərəfindən hazırkı Qaydaların şərtlərini yerinə yetirilməsinin yoxlanmasını həyata keçirmək;

10.3. Müştərinin Müqavilə ilə müəyyən olunmuş Qaydaların müddəalarını pozduğuna dair əsaslı şübhələr olduqda, belə şübhələr aradan qalxana kimi xidmətin göstərilməsi müvəqqəti olaraq dayandırılır;

10.4. Növbəti hallarda Xidmətlərin təqdim olunmasından imtina etmək:

10.4.1. Müştəri hazırkı Qaydaların şərtlərini pozur;

10.4.2. Xidmətlərin göstərilməsi Müştərinin şirkətə qarşı iddialarının meydana çıxması ilə əlaqədardır;

10.4.3. Xidmətlərin alınması Müştərinin hüquqa zidd maraqlarından irəli gəlir;

10.4.4. Xidmətlərin göstərilməsi tətbiq olunan qanunvericiliyin tələblərinin, eləcə də cəmiyyətdə qəbul olunan mənəviyyat və əxlaq normalarının Şirkət tərəfindən pozulmasına səbəb olur;

10.4.5. Xidmətlərin göstərilməsi Şirkətin hüquqlarına və qanuni maraqlarına toxunur.

11. Şirkətin vəzifələri

11.1. Hazırkı Qaydalarla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qayda və şərtlərlə xidmətləri Müştəriyə göstərmək;

11.2. Xidmətlərin göstərilməsi məsələləri ilə bağlı məlumat xarakterli xidmətləri Müştəriyə təqdim etmək;

11.3. Hazırkı Qaydalarla tanış olmaq imkanını Müştəri üçün təmin etmək.

12. Müştərilərin şəxsi məlumatları

12.1. Şirkət Azərbaycan Respublikasının şəxsi məlumatların müdafiə olunması haqqında qüvvədə olan qanunvericiliyinin, hazırkı Qaydaların, eləcə də Şirkət tərəfindən qəbul olunan yerli aktların müddəalarına müvafiq olaraq Müştərilərin şəxsi məlumatlarının işlənməsini həyata keçirir.

12.2. Şirkət növbəti məqsədlər üçün Müştərinin şəxsi məlumatlarının toplanılmasını və işlənməsini həyata keçirir:

— Müştərinin identifikasiyası;

— fərdi xidmətlərin Müştəriyə təqdim olunması;

— xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların rahat istifadə olunması, yeni məhsulların və xidmətlərin işlənib hazırlanması;

— şəxssizləşdirilmiş (anonim) məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması.

12.3. Müştəri hazırkı Qaydaların şərtlərini qəbul edərək razılaşır ki, Şirkət hazırkı Qaydaların 12.2-ci bəndində göstərilən məqsədlər üçün Müştərilərin şəxsi məlumatların toplanmasını, qorunmasını, istifadə olunmasını, sistemləşdirilməsini, yayılmasını həyata keçirir, eləcə də digər şəkildə işləyib hazırlayır.

12.4. Şirkət zəmanət verir ki, Hüquq Xidmətinin göstərilməsi məqsədilə Şirkətin Müştərisi tərəfindən təqdim olunan şəxsi və məxfi xarakterli məlumatlar müvafiq milli və beynəlxalq qanunvericiliklə təqdim olunan tələbələrə müvafiq olaraq istifadə oluna bilər.

13. Əqli mülkiyyət hüququ

13.1. Xidmətlərin Müştəriyə göndərilməsi prosesində meydana çıxan əqli mülkiyyət obyektlərinə dair müstəsna hüquqlar Şirkət tərəfindən qorunub saxlanılır. Bu zaman müstəsna olaraq şəxsi məqsədlər üçün bu cür obyektlərin müddətsiz istifadə olunması hüququ Müştəriyə təqdim olunur.

14. Mübahisələrin həlli

14.1. Hazırkı Qaydaların qəbul olunması və icra olunması ilə əlaqədar meydana çıxan bütün fikir ayrılıqları və ya mübahisələr imkan daxilində danışıqlar yolu ilə tənzimlənir. Əgər razılıq hər hansı bir səbəbdən məhkəməyə qədərki tənzimlənmənin gedişatında əldə olunmursa (danışıqlardan savayı, İddiaların yazılı şəkildə Müştəri tərəfindən təqdim olunmasından və Şirkət tərəfindən nəzərdən keçirilməsindən mütləq qaydada ibarət olan), o zaman Şirkətlə Müştəri arasındakı bütün mübahisələr Şirkətin yerləşməsi ünvan üzrə aidiyyəti məhkəmədə baxılır.

15. Şirkətin məsuliyyətinin məhdudlaşdırılması

15.1. Şirkət heç bir halda Azərbaycan Respublikasının qanunvericiliyinin müddəalarının rəsmi qaydada şərhini təqdim etmir və buna iddia etmir, habelə Azərbaycan Respublikasının qanunvericiliyinin müddəaları və hüquqi tətbiqlə bağlı təşəkkül tapan təcrübənin əsasında Hüquqşünasin və Şirkətin toplanmış təcrübəsindən irəli gələn bütün xidmətləri təqdim edir. Bu Xidmətlər tövsiyyə xarakter daşıyır.

15.2.  Müştəri anlayır və qəbul edir ki, bu və ya digər Xidmətin göstərilməsi nəticəsində, müvafiq Xidmət üçün müraciət zamanı Müştərinin gözlədiyi nəticənin əldə edilməməsi Xidmətin lazımi keyfiyyətə malik olmamağı demək deyildir.

16. Yekun müddəalar

16.1. Şirkət istənilən zaman birtərəfli qaydada hazırkı Qaydalara dəyişikliklər etmək hüququna malikdir. Hazırkı Qaydalardakı bütün dəyişikliklər rəsmi www.huquqi.az  saytında dərc olunur.

16.2. Hazırkı Qaydalara edilən bütün Əlavələr hazırkı Qaydaların ayrılmaz hissələridir. 

16.3. Hazırkı Qaydalar Şirkətin www.huquqi.az rəsmi saytında dərc olunması anından etibarən qüvvəyə minir.