Şirkət Azərbaycan Respublikasının şəxsi məlumatların müdafiə olunması haqqında qüvvədə olan qanunvericiliyinin, hazırkı Qaydaların, eləcə də Şirkət tərəfindən qəbul olunan yerli aktların müddəalarına müvafiq olaraq Müştərilərin şəxsi məlumatlarının işlənməsini həyata keçirir.

Şirkət növbəti məqsədlər üçün Müştərinin şəxsi məlumatlarının toplanılmasını və işlənməsini həyata keçirir:

— Müştərinin identifikasiyası;

— fərdi xidmətlərin Müştəriyə təqdim olunması;

— xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların rahat istifadə olunması, yeni məhsulların və xidmətlərin işlənib hazırlanması;

— şəxssizləşdirilmiş (anonim) məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması.

Müştəri hazırkı Qaydaların şərtlərini qəbul edərək razılaşır ki, Şirkət hazırkı Qaydaların 12.2-ci bəndində göstərilən məqsədlər üçün Müştərilərin şəxsi məlumatların toplanmasını, qorunmasını, istifadə olunmasını, sistemləşdirilməsini, yayılmasını həyata keçirir, eləcə də digər şəkildə işləyib hazırlayır.

Şirkət zəmanət verir ki, Hüquq Xidmətinin göstərilməsi məqsədilə Şirkətin Müştərisi tərəfindən təqdim olunan şəxsi və məxfi xarakterli məlumatlar müvafiq milli və beynəlxalq qanunvericiliklə təqdim olunan tələbələrə müvafiq olaraq istifadə oluna bilər.