Haqqımızda

Bildiyiniz kimi hər birimizin keyfiyyətli, etibarlı və əlçatan hüquq xidmətlərinə daima ehtiyacımız olur. Etiraf etməliyik ki, bir sıra hallarda bu 3 tələblə bağlı bizdə tərəddüdlər olur, suallar və nigarançılıqlar yaranır. Hətta bir hüquqşünas tərəfindən göstərilən xidməti başqa hüquqşünasla dəqiqləşdirdiyimiz hallar da olur. Qeyd olunan çətinliklər hüquqi.az saytının yaranmasına səbəb oldu.

Hüquqi.az portalı Azərbaycanda hüquqi sənədlərin, yəni məhkəməyə müraciət üçün lazım olan iddia ərizələri və ərizələrin hazırlanmasını, ən müxtəlif növdən olan standart və qarışıq müqvilələrin tərtib olunmasını, hüquqşünaslar üçün faydalı sənəd nümunələrinin və proqram təminatlarının hazırlanmasını, biznes subyektləri üçün biznesin hüquqi müşayiətinin aparılmasını, həmçinin hüquqşünaslarla qeyri-hüquqşünaslar arasında etibarlı körpü olmağı təklif edən onlayn hüquq xidmətləri portalıdır. 

Portal hüquqşünaslıq, proqramlaşdırma və startap sahəsində çoxillik təcrübəsi olan peşəkar komanda  tərəfindən hazırlanmışdır. Hər bir hüquqi sənədin çoxsaylı hüquqi ekspertizası keçirilmiş, risklər nəzərə alınmışdır. Həmçinin portalın ən böyük üstünlüyü odur ki, sizin suallara verdiyiniz cavablar əsasında hazırlanan sənədlər peşəkar hüquqşünaslar tərəfindən yoxlanır və mütəmadi olaraq təkminləşdirmələr aparılır.